Yəməndə husilər 40-dan çox jurnalisti girov götürüblər
05.12.2017 719 0.0 0

Yəməndə husilər paytaxt Sənanın mərkəzində yerləşən televiziya mərkəzini ələ keçirərək, 41 jurnalisti girov götürüblər.

RİA "Novosti"yə istinadən xəbər verilir ki, bu barədə üsyançılarla əlaqəsi olan mənbə məlumat verib.

"Onlar husilər tərəfindən televiziya mərkəzinin binasında saxlanılırlar. Saxlanılanların ümumi sayı 41 nəfərdir", - deyə mənbə bildirib.

Agentliyin həmsöhbəti bununla belə girovların siyahısının kim tərəfindən tərtib edildiyini dəqiqləşdirməyib.

Üsyançılar "Yemen Today" telekanalının binasını ələ keçiriblər. Kütləvi informasiya vasitələri Yəmənin husilərə qarşı üsyana çağıran sabiq prezidenti Əli Abdulla Salehi dəstəkləyirdilər. Dekabrın 4-də isə keçmiş prezidentin ölüm xəbəri yayıldı./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar