Xoşqədəm Hollivud ulduzu ilə bir arada (FOTO)
03.08.2015 674 0.0 0

Hazırda Türkiyədə
olan Azərbaycanın məşhur aparıcısı Xoşqədəm Hidayətqızı Hollivud ulduzu Kristinna Lokenlə görüşüb. 

Məlumata görə, televiziya mövsümünün başa çatması ilə tətilə çıxan aparıcı həyat yoldaşı Doğuşla birlikdə istirahət edir.

 


Məşhurlar istirahət fotolarını vaxtaşırı sosial şəbəkədə yerləşdirirlər. Bu dəfə isə İstanbulda çəkdirdikləri fotoları paylaşıblar. 

X.Hidayətqızı fotolara belə şərh verib: “Dünəndən bir foto. Terminator 3 ... Kristanna Lokenlə möhtəşəm bir gecə ve möhtəşəm ... Yəni davamı var".

Xoşqədəm xanımın bu paylaşımından belə məlum olur ki, Türkiyəyə gedən aktrisa Loken onlarla birlikdə şam yeməyi yeyib. 


Aparıcı həyat yoldaşı ilə istirahət edir


Xoşqədəm Hidayətqızı ANS TV-nin efirində yayımlanan "Xoşqədəmlə səni axtarıram", "Sən tək deyilsən" layihələrinin müəllifi və aparıcısıdır.

Xoşqədəm və Doğuş 2014-cü ilin oktyabr ayında Türkiyədə nikaha girərək toy ediblər. Cütlük 2 ay sonra - dekabr ayının sonunda Bakıda təmtəraqlı toy mərasimi təşkil edib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar