XİN rəsmisi Cenevrəyə səfərə gedir
02.03.2015 758 0.0 0
Qazeta.info Xarici İşlər Nazirliyinə istinadla bildirir ki, 2015-ci ilin 3-7 mart tarixlərində Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində ikitərəfli və çoxtərəfli danışıqlarda iştirak etmək məqsədilə Cenevrəyə səfər edəcəkdir.
 
Görüşlər zamanı ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzvlüyü prosesi çərçivəsində Azərbaycanın təqdim etdiyi mallar və xidmətlər üzrə yenilənmiş təkliflər, kənd təsərrüfatına daxili dəstək və ölkəmizin ticarət siyasəti kimi məsələlər müzakirə olunacaqdır.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar