XİN «NYU-YORK TİMES»-IN ƏMƏKDAŞININ QARABAĞA GETMƏSİNƏ AYDINLIQ GƏTİRDİ
02.02.2015 905 0.0 0
Azərbaycan Respublikasının qanunlarına riayət edərək, Nyu-York Times qəzetinin əməkdaşları tərəfindən Ermənistan-Azərbaycan münaqişəsi haqqında reportaj hazırlamaq məqsədilə Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərinə səfər edilib.
 
Qazeta.info Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, Nyu-York Times tərəfindən səfər niyyəti barəsində əvvəlcədən Azərbaycan Respublikasına məlumat verilib, Azərbaycan Respublikasının ərazisinə daxil olmaq üçün Nyu-York Times əməkdaşlarına giriş vizası rəsmiləşdirilib və Azərbaycan Respublikası ərazisində, o cümlədən işğal olunmuş ərazilərdə jurnalist fəaliyyəti ilə məşğul olmaq üçün Azərbaycan Respublikası xarici işlər nazirliyi tərəfindən müvafiq akkreditasiya kartı verilib.

Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar