XİN: Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır
28.04.2017 780 0.0 0

"Dilqəm Əsgərovun taleyi barəsində suallarla müraciət edən jurnalistləri düzgün başa düşmək və anlayışla qəbul etmək lazımdır".

Məlumata görə, bunu XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarovanın keçirdiyi brifinqdə azərbaycanlı jurnalistin sualına reasksiyasını şərh edərkən bildirib.

"Nəzərə almaq lazımdır ki, Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonunda ata-analarının qəbirlərini ziyarət edərkən Ermənistan silahlı qüvvələri tərəfindən girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi Azərbaycan xalqının daim diqqət mərkəzində olan məsələdir. Kütləvi informasiya vasitələri də ictimai rəyin güzgüsüdür", - deyə, H.Hacıyev əlavə edib.

Xatırladaq ki, M.Zaxarova dünən Moskvada keçirdiyi brifinqdə Azərbaycan KİV-lərini tənqid edib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar