Xatirə `Sənsizləmişəm`in haqqını necə ödəyib? - Yarım saat pulsuz… + VİDEO
15.11.2017 1690 5.0 0

Müğənni Xatirə İslam “Sənsizləmişəm” mahnısının qarşılığında yarım saat pulsuz oxuyub.

Qazeta.info AzNews.az-a istinadla bildirir ki, sözü gedən mahnının sözləri Xatirə İslamın xoşuna gəlib və onu repertuarına əlavə edib. Mahnının sözlərinin müəllifi şair Əvəz Qurbanlı isə Xatirə İslamdan bunun qarşılığında heç nə istəməyib. Yəni şair yaradıçılığının qarşısında sənətçidən pul almayıb.

Xatirə İslam isə müəllifin haqqını onun öz toyunda yarım saat pulsuz oxumaqla qarşılayıb.

Qeyd edək ki, Xatirə İslamın ifa etdiyi "Sənsizləmişəm" mahnısı 2006-ci ilin hiti olub. Həmin mahnı müğənniyə uğur gətirib və ifaçıya daha da populyarlıq qazandırıb.

Hazırda isə Xatirə İslamın toy qiymətinin 8000-12000 min manat arasında olduğu deyilir.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar