Xarici görkəminə görə müdirin işdən çıxardığı dövlət qulluqçusu-«Axı mən gözəllik müsabiqəsində iştirak etmirəm»
23.06.2015 762 0.0 0

Bu günlərdə Qazeta.info saytının elektron poçtuna Hacıqabul rayon sakini  Rəhimov Rəşad Adil oğlu tərəfindən şikayət yazısı daxil olub.

Rəsad Rəhimov yazaraq qeyd edir ki, 27 Dekabr 2014-cü il tarixdən DSMF Hacıqabul rayon şöbəsinin Maliyyə-uçot sektorunda məsləhətçi-mühasib vəzifəsində işləməyə başlayıb.Lakin  Daxili Audit şöbəsinin müdiri E.Rzayevin təkidi ilə DSMF Hacıqabul rayon şöbbəsinin müdiri A.A.Əhmədov tərəfindən məcbur edilərək ərizəmi yazıb işdən azad olunub.

Keçmiş DSMF  əməkdaşı qeyd edir ki; "Əks halda ərizəyə imza çəkməsəydim DSMF Hacıqabul rayon şöbəsinin müdiri A.A.Əhmədov tərəfindən protokol tərtib edilib mənim əmək stajım korlanacaqdır.Mən də öz növbəmdə məcbur qalaraq 18.05.2015-ci il 20N-li əmrlə tanış olub işdən azad olundum. A.A.Əhmədovun etirafına görə səbəb E.Rzayevin mənim xarici görkəmimdən xoşu gəlməməsidir."

R.Rəhimov  yazaraq bildirir ki, "Mən bilmək istəyirəm E.Rzayevə dövlət qulluqçusunun səmərəli fəaliyyəti lazımdır, yoxsa xarici görkəmi?Axı mən gözəllik müsabiqəsində iştirak etmirəm.Başa düşə bilmirəm yəqin  E.Rzayevin psixoloji analizə ehtiyacı var.Müqəddəs Ramazan ayında məni əsassız olaraq işdən azad elətdirdi.E.Rzayev və A.Əhmədov  bu ayda etdikləri “xeyirxah işin” mükafatını mütləq alacaq mən buna inanıram."

Daha sonra keçmiş DSMF əməkdaşı "Haqsızlığa baxın ki, daxili audit şöbəsinin əməkdaşı bəzi rayon şöbələrinə mənim işdən azad olmağımı misal çəkir “sənidə Hacıqabul rayonunun işçisinin R.Rəhimovun gününə qoyarıq”.Axı mən də bu ölkənin övladıyam.İnsan mənəviyyatı ilə belə oynamazlar.Belə alınır ki,DSMF-nun Aparatında E.Rzayevin kimin xarici görkəmindən xoşu gəlmirsə şöbə müdirinə göstəriş verir və işdən azad elətdirir.Odur ki.mən Sizdən xahiş edirəm mənim şikayətim ciddi araşdırılsın. Bu məmur özbaşnalığından,vəzifə səlahiyyətindən sui istifadə, insan mənəviyyatını təhqir əməllərinə son qoyulsun.Bu gün bir kadr hazırlamaq üçün neçə illər tələb olunur,amma görünür E.Rzayev və A.Əhmədov DSMF-nu öz şəxsi marağına görə nüfuzdan salmaq istəyir." deyə qeyd edir.

 

Qazeta.info əlavə olaraq bildirir ki, yazıda adı çəkilən digər tərəflərin də fikirlərini dərc etməyə hazırıq.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar