Xaricdə yaşayan azərbaycanlı jurnalistlərlə görüş olub
30.12.2021 405 0.0 0

Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) təşəbbüsü ilə 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə müxtəlif ölkələrdə yaşayan azərbaycanlı jurnalistlərlə görüş keçirilib.

Qazeta.info DİDK-nın məlumatına istinadla bildirir ki, onlayn formatda baş tutan görüşü giriş sözü ilə açan DİDK-nın təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı jurnalistləri qarşıdan gələn bayramlar münasibətilə təbrik edib və bu cür görüşlərin artıq ənənə halı aldığını bildirib.

DİDK sədrinin müavini Elşad Əliyev tədbir iştirakçılarını salamlayaraq, Komitənin xaricdə yaşayan azərbaycanlı jurnalistlərlə əməkdaşlığa xüsusi önəm verdiyini bildirib, bu istiqamətdə Komitənin həyata keçirdiyi layihələr barədə danışıb.

Görüş diaspor quruculuğu barədə fikir mübadiləsinin aparılması, müxtəlif rəy və təkliflərin səsləndirilməsi ilə yekunlaşıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar