Xalq Şairi vəfat edib, vida mərasimi 14-00 da təşkil olunacaq
28.01.2015 909 0.0 0

Xalq şairi Bakıda, 76 yaşında dünyasını dəyişib 
 

Azərbaycanın xalq şairi, ictimai xadim Vaqif Səmədoğlu vəfat edib

 

Məlumata görə, V.Səmədoğlu bu gün uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

 

 

Qeyd edək ki, Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), "Oğuz eli" qəzetinin baş redaktoru (1992-1994) vəzifələrində çalışıb.


Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971). C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. "Yeddi şeir" adlı ilk mətbu əsəri 1963-cü ildə "Azərbaycan" jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, "Oğuz eli" qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992-1994).
Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000).


Şair, dramaturq, publisist,1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999) fəxri adlarına layiq görülüb.

Azərbaycanın xalq şairi, ictimai xadim Vaqif Səmədoğlu ilə vida mərasimi sabah Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcə

 

Mərasim saat 14.00-da başlanacaq. 

Mərhum I Fəxri xiyabanda torpağa tapşırılacaq. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar