Xalq şairi Bəxtiyar Vahabzadə Kiyevdə anıldı (FOTO)
12.11.2015 609 0.0 0

Ukraynanın paytaxtı Kiyev şəhərində, Ukrayna Yazıçılar Birliyinin binasında "Azərbaycan-Ukrayna" Beynəlxalq Alyansının təşəbbüsü ilə Azərbaycanın və Türk dünyasının tanınmış şairi Bəxtiyar Vahabzadənin xatirəsi anılıb.                           

 

                            

 

E.Məmmədov xalq şairi Bəxtiyar Vahabzadəinin həyat yolu və zəngin ədəbi irsi barəsində söz açıb, şairin XX əsr milli fəlsəfənin formalaşmasındakı danılmaz rolunu xüsusi vurğulayıb:

"Bəxtiyar Vahabzadə şeirlərində ana dilimizin təmizliyinə xüsusi həssaslıq göstərib və bu səbəbdən onun şeirlərindəki ölməz fikirlər bu gün də aktualdır". 

 

 

Ukraynalı ədiblər çıxış edərək Bəxtiyar Vahabzadənin Türk dünyasında tanınmış şair olmasını önə çəkib və onun şeirlərinin oxucular arasında sevildiyini qeyd ediblər.

Şairin 40-dan çox şeir toplusunun 40 dilə tərcümə edilməsi, yüzlərlə məqaləsi, 11 elmi işi barəsində danışılıb. Sonda isə sairin yaradıcılığına aid filmdən hissələrə baxılıb, şeirləri səsləndirilib.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar