Xalq artistinin evindən seyf oğurlanıb
21.08.2017 641 0.0 0

Azərbaycanın xalq artisti Nazpəri Dostəliyevanın evindən oğurluq olub.

 

Məlumata görə, hadisə avqustun 19-da qeydə alınıb. N. Dostəliyevanın Nərimanov rayonu, Yusif Vəzir Çəmənzəminli küçəsi 15 ünvanında yerləşən evindən içərisində pul və sənədlər olan seyf oğurlanıb.

 

Xalq artisti bu barədə polisə məlumat verib.

 

Faktla bağlı Nərimanov rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. 

 

Hadisə ilə bağlı N. Dostəliyevanın özündən məlumat almaq mümkün olmayıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar