Xalq artisti Musa Mirzəyev dünyasını dəyişib
29.01.2016 499 0.0 0

Xalq artisti Musa Mirzəyev vəfat edib. Məlumata görə, M. Mirzəyev bu gün evində dünyasını dəyişib.
 
Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, M. Mirzəyev bu gün II Fəxri Xiyabanda dəfn olunacaq.
 
82 yaşlı bəstəkar mikro insult diaqnozu ilə müalicə olunurdu. 
 
Qeyd edək ki, M. Mirzəyev 1933-cü ildə Bakıda anadan olub. O, kamera orkestri üçün “Polifonik simfoniya”, skripka və piano üçün “Romantik poema”, piano üçün “Qəmli melodiya”, piano üçün "Konsert-rondo" və başqa əsərlərin müəllifidir.
 
Bəstəkar Azərbaycan xalq artisti fəxri adına, “Şöhrət” ordeninə layiq görülüb və prezident təqaüdçüsü olub./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar