Xalq artisti İlhamə Quliyeva bu gün xəstəxanadan evə buraxılacaq
18.12.2015 557 0.0 0

Xalq artisti İlhamə Quliyeva bu gün Mərkəzi Neftçilər xəstəxanasından evə buraxılacaq. İ. Quliyeva bildirib ki, hazırda özünü yaxşı hiss edir: “Səhhətimdə olan bütün problemlər aradan qaldırılıb. Artıq ayaq üstəyəm, bu gün xəstəxanadan çıxacağam. Mənə göstərdikləri diqqətə görə xəstəxananın bütün həkim heyətinə, rəhbərliyinə təşəkkür edirəm”.

 

İ. Quliyeva əlavə edib ki, evdə həkim nəzarətində olacaq: “Yəqin ki, dərmanlar, həblər qəbul edəcəyəm. Həkim nəzarətinin olması vacibdir. Əsas odur, təhlükə tamam sovuşub”. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar