Xaçmazda intihar edən bərbərin vida məktubu tapıldı (TƏFƏRRÜAT)
27.03.2015 646 0.0 0

Xaçmaz şəhərində özünü öldürən bərbərin kimliyi məlum olub. 

Xaçmaz rayon polis şöbəsinin rəis müavini Valik Vəlimətovun verdiyi məlumata görə, Nəriman Nərimanov 70 ünvanında yerləşən beşmərtəbəli binanın altındakı bərbərxanada işləyən 1993-cü il təvəllüdlü Elşad Mövsüm oğlu Muradov özünü asıb. O, bərbərxanada qapını bağlayıb və intihar edib.

Onun cibindən vida məktubu çıxıb. Elşad Muradov məktubunda ölümündə heç kimin günahının olmadığını bildirib. O, məktubunda dünyada ən çox sevdiyi iki nəfərdən üzr istəyib.

Məktubunda bacısı və sevdiyi xanımdan üzr istəyən Elşad Muradov onları çox istədiyini vurğulayıb. O, artıq yaşaya bilmədiyini bildirib. Bu səbəbdən ölümü seçdiyini yazıb.
Qeyd edək ki, Elşad Muradov əsəb xəstəsi olub. Son vaxtlar özünə qapanıb. Ünsiyyətdən qaçmağa çalışıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar