Xəzərin hüquqi statusunun müəyyən olunmasına dair ümidverici açıqlama verildi
05.03.2015 1045 0.0 0
 

 

“Biz inanırıq ki, Astanada keçiriləcək sammit Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı son sammit olacaq”.

 

Məlumata görə, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

 

X. Xələfov bildirib ki, tərəflər həmin sammitdə Konvensiya layihəsinin qəbuluna ümid edirlər: “Konvensiya qəbul olunduqdan sonra daha böyük işlər başlayır. Yenidən sammitlər olacaq, amma burada iqtisadi, təhlükəsizlik və kommunikasiya məsələləri müzakirə ediləcək. Sammitin hələlik 2016-cı ildə keçirilməsi razılaşdırılıb. Dəqiq tarix isə prezidentlərin qərarı ilə müəyyənləşəcək”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar