Xəzərdə intihar cəhdi
16.06.2015 557 0.0 0

Qazeta.info Fövqəladə Hallar Nazirliyinə istinadən bildirir ki, bu gün xəzər dənizində intihar cəhdi qeydə alınıb.

Belə ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər intihar etmək məqsədilə özünü dənizə atıb.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunmuşdur. Dalğıc-xilasedicilər tərəfindən vətəndaş dənizindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilmiş, intihara cəhdin qarşısı alınmışdır. Əməliyyat saat 12:35-də başa çatmışdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar