Xələf Xələfov: `Xəzər dənizində mübahisəli yataqlarla bağlı danışıqlar hələ nəticə verməyib`
06.12.2017 748 2.0 0

 "Xəzərin hüquqi statusu haqqında Konvensiya layihəsində tam sektoral bölünmə prinsipi əks olunub".

Məlumata görə, bunu Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov dekabrın 5-də Moskvada keçirilən Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin 7-ci görüşünün yekunlarını şərh edərkən deyib.

Nazir müavininin sözlərinə görə, Konvensiya layihəsi hüquqi çərçivə yaradır və bu çərçivə daxilində İran və Türkmənistan ilə ayrı-ayrılıqda sənədlər imzalanacaq.

"Mübahisəli yataqlarla bağlı danışıqlar hələ nəticə verməyib, buna görə də hələ bu barədə danışmırıq. Əsas İran və Türkmənistanla delimitasiya məsələsidir. Gələcəkdə yataqların istifadəsi beynəlxalq hüquq normaları əsasında həll olunacaq. Su məkanı baxımından Konvensiyada hər şey aydın göstərilib və beştərəfli razılaşma olacaq", - X.Xələfov bildirib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar