Xədicə Ermənistanda qalmaqal yaratdı
08.09.2015 665 0.0 0

“Ermənistanın yeni ədliyyə naziri Arpine Hovanisyan faşistdir”. 

Məlumata görə, bu fikir “Facebook” sosial şəbəkəsinin ermənidilli hissəsində vurğulanıb. 

Sosial şəbəkədə Arpine Hovanisyan barədə bu cür qeydlər “İravunk” qəzetinin baş redaktoru Hovanes Qalacyanın bir paylaşmasını bəyəndikdən sonra yaranıb. 

 


Arpine Hovanisyan - Ermənistanın yeni ədliyyə naziri 


Hadisə sentyabrın 2-də başlayıb. Həmin gün Arpine Hovanisyan “Tert.am” saytına verdiyi müsahibəsini öz səhifəsində yerləşdirib. Müsahibədə o, azərbaycanlı jurnalist Xədicə İsmayılovanın həbsi barədə çıxarılmış qərarı tənqid edib. Müsahibədə bildirilib ki, buna görə Ermənistan nümayəndə heyəti AŞPA-da Azərbaycan nümayəndə heyətinin səs hüququndan məhrum edilməsi prosesini dəstəkləyir. 

Hovanes Qalacyan müsahibənin altına tənqidi qeyd qoyub: “Əgər bioloji cəhətdən türk olan kəs insan ola bilmirsə, hansı insan haqlarından danışmaq olar?” Az keçməyib ki, nazir qeydə “layk” qoyub. Amma bir müddətdən sonra nazir “layk”ı geri götürüb. 

Sosial şəbəkə istifadəçisi Hovanes İşxanyan məsələyə reaksiya verərək ədliyyə nazirinə sual imzalayıb: “Hörmətli Arpine Hovanisyan, xahiş edirəm, Hovanes Qaplacyanın qeydinə qoyduğunuz “layk”ın səbəbini izah edəsiniz. Siz də düşünürsüz ki, türk adam ola bilməz? Əgər belədirsə. Siz hansı millətləri və ya qrupları insan sayırsınız?”

 


Arpine Hovanisyanın “Facebook”da qalmaqal yaradan müsahibəsi 

Arpine Hovanisyan Serj Sarkisyanın əmri ilə sentyabrın 4-də vəzifəyə təyin edilib. O, prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyasından deputat olub.

Əslində, Arpine Hovanisyanın və Hovanes Qalacyanın bölgə xalqları tərəfindən həmişə türk adlandırılmış azərbaycanlılara münasibəti stilist erməni yanaşmasıdır. Erməni siyasətçiləri həmişə türklərin insan deyil, dağıdıcı şər qüvvə olduğunu vurğulayıblar. Erməni körpələri kuçik yaşlarından belə tərbiyə ilə böyüdürlər. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar