«Windows Phone» istifadəçilərinə şad xəbər
25.06.2015 719 0.0 0

Bundan sonra “Windows Phone” istifadəçiləri də “Whatsapp”ın internetlə zəng funksiyasından istifadə edə biləcəklər. Məlumata görə, smartfonlarda istifadə olunan populyar mesajlaşma proqramı “Whatsapp”da bir müddət əvvəl internetlə zəng funksiyası istifadəyə verilmişdi.

“Android” və “iOS” istifadəçiləri internetin olduğu yerdə bu sistemlə telefon əlaqəsi qursalar da “Windows Phone” istifadəçiləri bundan yararlana bilməmişdilər. Bir neçə gün əvvəl beta mərhələsində istifadəyə verilən sistemin ötən gündən tam olaraq istifadəyə verildiyi bildirilir. “Windows Phone” istifadəçiləri bundan yararlanmaq üçün cihazlarında “Whatsapp”ın 2.12.60 versiyasını yeniləməlidirlər. /anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar