Volodimir Zelenski dünya yəhudilərinə çağırış edib
02.03.2022 427 0.0 0

Ukrayna Prezidenti Volodimir Zelenski dünya yəhudilərinə çağırış edib.

UNIAN-a istinadən xəbər verilir ki, o, bu barədə videomüraciətində danışıb.

“Paytaxtımıza atılan raketlər göstərir ki, Rusiyadakı bir çox insana Kiyev tamamilə yaddır. Onlar paytaxtımız, tariximiz haqqında heç nə bilmirlər. Onlar bizim tariximizi, ölkəmizi silmək, hamımızı məhv etmək barədə əmr alıblar. İndi dünya yəhudilərinin səssiz qalmaması, baş verənlərə reaksiya bildirməsi çox vacibdir”, - dövlət başçısı bildirib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar