Vidadi Zeynalov və digərlərinin məhkəməsi təxirə salınıb
08.11.2016 547 0.0 0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Məlumata görə, hakim Əfqan Hacıyevin sədrlik etdiyi hazırlıq iclasında V. Zeynalovun vəkili Elxan Süleymanlı bildirib ki, cinayət işinin materialları ilə tanış ola bilməyib. O, tanış olmaq üçün vaxt istəyib. Hakim onun xahişini nəzərə alaraq iclası noyabrın 16-dək təxirə salıb./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar