«Viaqra»ya çox da arxayın olmayın
 
 10.04.2015 879 0
 
 
Bir neçə min britaniyalının həyatını müşahidə edən alimlər bu qənaətə gəliblər ki, "Viaqra" və digər preparatlar hər bir kişiyə impotentliklə mübarizə aparmağa kömək etmir.
RİA Novosti-yə istinadən verilən məlumata əsasən, belə preparatların istehsalçıları bunu dərmanların reklamlarında göstərməlidirlər.
Məlumata görə, araşdırma 50-87 yaşları arasında olan 2,5 mindən çox britaniyalı üzərində aparılıb. Onların 20 faizində ereksiya ilə bağlı problem olub.
Müşahidələr göstərib ki, cinsi orqanların işində yaxşılaşma olsa da, "Viaqra" və onun analoqunu qəbul edən kişilərin 20 faizi cinsi həyatlarından, orqazmdan məmnun qalmadıqlarını bildiriblər./trend/
Digər xəbərlər:
Şərhlər




