VİDEO: Övladını xilas edən ananın faciəsi + 18
27.07.2015 1030 0.0 0

Çində dəhşətli bir hadisə baş verib. Bir qadın və övladı eskalatorda hərəkət edərkən nasazlıq baş verib. Nəticədə ana dəmir çarxlar arasında qalaraq dünyasını dəyişib.

Övladını xilas etdi, özü isə faciəvi şəkildə öldü.

Kadrlar Çində bir ticarət mərkəzində təhlükəsizlik kameraları tərəfindən lentə alınıb.

Övladı ilə eskalatora minən qadın yuxarı çatana yaxın oğlunu əli ilə qaldıraraq önə addım atır. Elə bu vaxt pilləkənin başındakı dəmir lövhə qırılır. Oğlunu dərhal təhlükəsiz hissəyə atan ana özünü xilas edə bilmir. Kənardakı şəxslər uşağı götürsələr də, qadına kömək etmək mümkün olmur.

Övladını xəsarətsiz xilas edə bilən ana eskalatorun çarxları arasında dünyasını dəyişib. Onun cəsədinin hissələri 4 saata yaxın davam edən əməliyyat nəticəsində çıxarılıb./xezerxeber.com/

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar