Tarix: 09.12.2016,   Saat: 05:56, Cümə.          

VİDEO: Elza dövlət himninin sözlərini təhrif etdi, biabır oldu

Gah sözləri dəyişib, gah da ağlagəlməz ifadələr qoşub.

Əməkdar artist Elza Seyidcahan dövlət himnimizi oxudu. Dəyərli oxucular deyəcəkiniz ki, burada qeyri adi nə var ki. İş orasındadır ki, onun himni səhv oxumağı bir tərəfə hətta əlavələr edib. Onun himni təhrif etməsi millət vəkilləri, ziyalılar başda olmaqla ictimaiyyətdə ciddi qınağa səbəb olub.

Əməkdar artistdən dövlət himninə qarşı hörmətsizlik. Müğənni-bəstəkar Elza Seyidcahan, piano qarşısına keçərək dövlət himnini belə ifa edib. Gah sözləri dəyişib, gah da ağlagəlməz ifadələr qoşub.

Himnin, mədəniyyət sahəsində xüsusi xidmətlərə və ictimai həyatda fəal iştirakına görə əməkdar artist adına layiq görülmüş şəxs tərəfindən təhrif olunması dövlət rəsmlərini qıcıqlandırıb. Elza Seyidcahanın "Azərbaycan Respublikasın rəsmi dövlət himnini, geyindiyi geyimlər və yığdırdığı qeyri-adi saç düzümləri ilə səhv saldığı"nı deyən millət vəkili Fazil Mustafa, bunu dövlət atributuna hörmətsizlik kimi xarakterizə edir.

Mədəniyyət və Turizm Nazirliyindən yol verdiyi xətasına görə müğənniyə zəng gəlib. Himnin bu formada səsləndirilməsinin düzgün olmadığı bildirilərək, paylaşdığı videonu sosial şəbəkələrdən silməsi deyilib.

Əməkdar artist bu ifasından sonra üzvü olduğu Bəstəkarlar İttifaqından da tənqid olunub.

Müğənni özü isə sözləri təhrif etmədiyini və bilərəkdən bu cür ifa etdiyini deyərək özünə bəraət qazandırır.

Biz isə müğənnidən kreativ fikirlərini kənara atıb, bəstəkarlar ittifaqının bir üzvü kimi bir daha dövlət himnini ifa etməsini xahiş etdik./xezerxeber/

 



  Bölmə: Şou | Baxış sayı: 650 | Tarix: 12.11.2016, 19:48


Xəbərlər