Vergilər Nazirliyinə yeni təyinat
05.12.2016 689 0.0 0

Vergilər naziri Fazil Məmmədov özünə yeni müşavir təyin edib. Məlumata görə, bununla da nazirin müşavirlərinin ümumi sayı 10-a çatıb.

Vergilər nazirinin yeni müşaviri Mahir Əhmədağa oğlu Rəfiyev təyin edilib. M.Rəfiyev bu vaxta qədər Vergilər Nazirliyi Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.

Hazırda Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi vəzifəsinin icrası nazirin digər müşaviri - Ələkbər Məmmədova tapşırılıb. /Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar