Venesuela Ali Məhkəməsi parlamentin prezident Maduronun istefası barədə qərarını ləğv edib
10.01.2017 706 0.0 0

Venesuela parlamenti bazar ertəsi öhdəlikləri icra etməməsi səbəbindən prezident Nikolas Maduronun postunu uzaqlaşdırılması barədə qərarı bəyan edib.

Məlumata görə, qərarın lehinə deputatların əksəriyyəti - 106 nəfər səs verib. Hökümətyönlü deputatlar səsvermənin başlanğıcında zalı tərk ediblər.

Venesuela Ali Məhkəməsi parlamentin prezident Nikolas Maduronun istefası haqqında qərarını konstitusiyaya zidd elan edərək rədd edib.
"Report" xəbər verir ki, bu barədə "İnterfax" "TeleSur" telekanalına istinadən bildirib.
"Venesuela Ali Məhkəməsi Milli Məclisin deputatlarının prezident Maduronun vəzifəsindən kənarlaşdırmaqla əlaqədar növbəti cəhdinin qarşısını alıb. Maduronu devirmək üçün səsvermə və yeni seçkilərə hazırlıq konstitusiya ziddir", - xəbərdə deyilir.
Qeyd edilir ki, Ali Məhkəmədən həmçinin qanunverici orqanın konstitusiya çərçivəsindən kənara çıxan səlahiyyətlərlə bağlı qərarlar qəbul etməyə malik olmadığı bildirilib.
Qeyd edək ki, prezident Nikolas Maduronun səlahiyyət müddəti 2019-cu ildə başa çatır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar