Vatikan qvardiyasına qadınlar qəbul ediləcək
05.05.2022 13554 0.0 0

Vatikan qvardiyasının təsis edildiyi 1506-cı ildən ilk dəfə qayda dəyişir.

 “Le Matin” saytına istinadla verilən xəbərə görə, Qvardiyada xidmətə qadınların qəbul edilməsi qərara alınıb.

Artıq Vatikanın dövlət katibi və İsveçrə rəsmiləri arasında artıq anlaşma imzalanıb. Yeni tikiləcək kazarma qadınların istifadəsi üçün nəzərdə tutulub.

İsveçrə fondları köhnə kazarmanın yerinə yenisinin inşası üçün 45 milyon frank vəsait ayırıb. Tikintisinə 2026-da başlanacaq binada inşaat işləri 1 il ərzində yekunlaşacaq. İsveçrə tərəfinin mətbuata açıqlamasına görə, qadınlıarın qvardiyaya cəlb edilməsi birbaşa Vatikan rəhbərliyinin qərarıdır.

Qeyd edək ki, papa Fransisk artıq bir neçə əhəmiyyətli posta qadınları təyin edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar