Vaşinqtondan Ankaraya qarşı növbəti təxribat
14.02.2018 904 0.0 0

ABŞ terrorçulara müasir silahlar və tank daşıya bilən zirehli avtomobillər göndərib

 

Amerika Birləşmiş Ştatları Türkiyəyə qarşı növbəti təxribata əl atıb. Bu barədə "Timeturk"-ə istinadən xəbər verilir.

 

 

Məlumata görə, ABŞ Suriyada Fərat çayının şərqindəki özünə aid bazadan çayın qərbindəki Menbiç (Münbiç) vilayətinə 50 TIR dolusu silah-sursat göndərib. Sözügedən silahlar türk ordusuna qarşı vuruşan PYD/YPG terrorçularına təhvil verilib.

 

Dəyəri milyon dollarlarla ölçülən ən müasir silahlarla yanaşı, PYD-yə tank daşıya bilən zirehli avtomobillər də göndərilib.

 

Qeyd edək ki, ABŞ son bir il ərzində terrorçuları 5 min TIR və 2 min təyyarə dolusu ağır silahlarla təchiz edib. Üstəlik Amerika Birləşmiş Ştatları Türkiyə dövlətinə qarşı açıq savaş aparan PYD/YPG terrorçularına 550 milyon dollar maliyyə yardımı ayırıb./Sputnik/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar