Vaşinqton KXDR-lə danışıqlara hazır olduğunu bəyan edib
12.02.2018 772 0.0 0

Vaşinqton KXDR-ə təzyiq göstərməkdə davam edəcək, lakin danışıqlara hazırdır. 

 

"RİA Novosti"-yə istinadən verilən xəbərə görə, bunu ABŞ-ın vitse-prezidenti Mayk Pens bildirib. 

 

"Maximal təzyiq göstərmək kampaniyası davam etdiriləcək və daha intensif olacaq. Amma əgər siz danışmaq istəsəniz - danışacağıq". Bu barədə Pens "Washington Post" nəşrinə müsahibəsində bildirib. 

 

Sanksiyaların aradan qaldırılması üçün Pxenyan tərəfindən hansı addımların atılmasına dair suala M.Pensin cavabı lakonik olub: "Bilmirəm. Dnışıqlar da elə bunun üçün gərəkdir". 


Qeyd edək ki, ABŞ məsələ ilə bağlı rəsmi mövqeyini dəfələrlə açıqlayıb:  KXDR  əvvəlcə nüvə və raket proqramlarından imtina etməlidir, bundan sonra Vaşinqton danışıqlara razılıq verəcək". /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar