Vasif Talıbov və digər Naxçıvan rəsmiləri İğdırda qəza yerində olublar
20.02.2017 1937 0.0 0

Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbov, Naxçıvan MR-in daxili işlər naziri Əhməd Əhmədov və səhiyyə naziri Niyazi Novruzov Türkiyənin İğdır vilayətində qəza yerində olublar.

Qazeta.info bildirir ki, bu barədə Trend-ə İğdır valiliyindən bildiriblər.

Qeyd olunub ki, Naxçıvan rəsmiləri xəstəxanada ağır yol qəzası nəticəsində xəsarət alan şəxslərə də baş çəkəcəklər.

Xatırladaq ki, bu gün Türkiyənin İğdır vilayətində İğdır-Naxçıvan avtomobil yolunda baş vermiş ağır yol qəzası nəticəsində ölən Azərbaycan vətəndaşlarından ikisinin şəxsiyyəti məlum olub.

Trend-in məlumatına görə, iki avtobusun nəticəsində ölən 8 nəfərdən 4-ü Azərbaycan vətəndaşıdır. Onlardan ikisi Naxçıvan sakinləri Süleyman Əliyev və Fərhad Fərhadlıdır. Üzərində sənədi olmayan, lakin azərbaycanlı olduğu ehtimal edilən yaşlı bir qadınla 13 yaşındakı qız uşağının şəxsiyyəti isə hələ müəyyənləşməyib.

Hadisə zamanı 28 nəfər xəsarət alıb ki, onlardan da 26-sı Azərbaycan vətəndaşıdır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar