Valeyeva Bakı 2015-də üçqat çempion ola bilmədi
21.06.2015 636 0.0 0
İtalyan oxatanı gürcü rəqibinə uduzaraq Avropa Oyunlarından kənarlaşıb

İtaliyanın oxatanı Natalya Valeyeva bu gün səhər Avropa Oyunlarındakı yarışlarda iştirakına son verib. Onun mübarizəni tərk etməsinə səbəb gürcüstanlı oxatan Yuliya Lobzhenidze olub. Beləliklə də Valeyeva Bakı 2015-də üçüncü qızıl medalını qazana bilməyib.

Qadınlar arasında 3-cü yerdə olan Valeyeva bazar günü səhər keçirilən yarışlarda №30 olan atıcı Yuliya Lobzhenidzeyə 6-2 hesabı ilə uduzub. O, bəzi texniki səhvlərə yol verdiyinə görə, qalib çıxa bilməyib.

45 yaşlı Natalya bundan əvvəl italiyalı Mauro Nespoli ilə birgə qarışıq komanda yarışlarında, həm də Quendalina Sartori və Yelena Tonetta ilə birlikdə qadınlar komandasının tərkibində qızıl medal udmuşdu.

Natalya deyir ki, Bakı 2015-dəki uğurları onun üçün gözlənilməz idi.

Mən nəticələrdən çox məmnunam. Çünki texniki baxımdan yarışa hazır deyildim. Burada medal qazanmağım mənim üçün gözlənilməz oldu. Əslində əsasən Olimpiya Oyunlarına hazırlıq məqsədilə Bakıya gəlmişdim. İndi isə milli komitəmiz üçün medal qazanmağın çox əla oldu.-Natalya Valeyeva

Natalya Valeyeva deyib ki, bu yarışma onun üçün çətin olub. Çünki indi o, bütün diqqətini Danimarkada keçiriləcək dünya çempionatına hazırlıq üçün texnikasını inkişaf etdirməyə yönəldib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar