Vətəndaş sığorta şirkətindən mətbuata yazdı
15.04.2015 632 0.0 0

Bu günlərdə Ucar rayonu Koroğıu küçəsi ev 45 sakini Abdullayev Rauf Əli oğlu tərəfindən saytımızın elektron ünvanına şikayət məktubu daxil olub.Yuxarıda adı qeyd olunan Ucar rayon sakini " Standard  İnsurance" Sığorta şirkətindən şikayətlənir.

                                                          
Məktubda bildirilir ki, " Standard  İnsurance" Sığorta şirkəti tərəfindən bir neçə aydır ki , süründürməçiliyə məruz qalmışıq.

Qazeta.info oxuyucu tərəfindən göndərilən məktubda qeyd olunan problemi aşağıdakı kimi oxuyuculara təqdim edir:

 "11 noyabr 2011-ci il taixdə Skoda salonundan Skoda Fabiya markalı minik avtomobilini bibim Abdullayeva Nailə Xəlil qızının adına kreditlə alıdım .Avtomobilin öz qiyməti 18300 manat  olsada kreditə, nömrəyə, texniki baxışa və 5 illik kaska sığortaya görə avtomobilə 27300 manat qiymət təyin edildi.Həmin avtomobili etibarnamə ilə özüm idarə edib sərnişin daşımaqla çörəyimi qazanırdım həmçinin vaxtlı-vaxtında avtomobilin kredit borcunu özüm ödəyirəm. 01.12.2014-cü il tarixdə Bakı şəhəri Nərimanov rayonu ərazisində Şəki Restoranının yaxınlığında avtomobil qəzası baş verdi ki,   naməlum nömrəli avtomobil mənim maşınımı hərəkətdə olan zaman vurub hadisə yerindən qaçdı.Mən dərhal avtomobilimi qəza yerindən tərpətmədən 102 xidmətinə və "Standard İnsurance" Sığorta Şirkətinə zəng edib məlumat verdim.Onlar gəlib hadisə yerinə və avtomobilimə baxış keçirdib sənədləşdirdilər."Standard İnsurance" Sığorta Şirkətinin dediyi kimi Nərimanov  Rayon Polis İdarəsinin Dövlət Yol Polis Bölməsindən avto qəza barədə sənədi alıb söğorta şirkətinə təqdim etdim. Bundan 10 gün sonra "Standard İnsurance" Sığorta Şirkəti mənə məktub yazıb göstərib ki,  qəza zamanı sahibi Abdullayeva Nailə Xəlil qızı avtomobildə olmadığı və sığorta şəhadətnaməsində sizin adınız qeyd edilmədiyi üçün sizə sığorta pulu düşmür. Bu tam qanunsuzluq və saxtakarlıqdır.Belə ki,  biz avtomobili alanda  və sığorta edən zaman mən orada olmuşam.Həmçinin onlar da biliblər ki, həmin avtomobili mən idarə edəcəyəm.Belə olan halda "Standard İnsurance" Sığorta Şirkəti bizi həmin vaxtı təlimatlandırmalı idi və mənim də adımı sığorta müqaviləsinə qeyd etməli idilər.Ancaq savadsızlığımızdan sui-istifadə edib belə bir saxtakarlıq, qanunsuzluq etmişdilər.Mən bu barədə bütün aidiyatı orqanlara şikayət ərizəsi ilə müraciət edəcəyəm." deyə bildirilib.

Qazeta.info bildirir ki, şikayətdə adı hallanan digər tərəflərin də fikirlərini dinləməyə hazırıq.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar