Vətəndaş hüquqlarının pozulmasına görə 134 polis vəzifədən azad olunub
16.02.2017 1336 0.0 0

“Daxili işlər orqanlarının şəxsi heyət tərəfindən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması barədə müraciətlər operativ və obyektiv araşdırılaraq müvafiq tədbirlər görülür”.
 
DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bunu daxili işlər naziri Ramil Usubov Avropa Şurasının İşgəncələrin, qeyri-insani və ləyaqəti alçaldan rəftarın və ya cəzanın qarşısının alınması üzrə Komitəsinin prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə bu gün keçirilən görüşdə deyib.
 
Nazir bildirib ki,  təkcə son 5 ildə vətəndaş hüquqlarının pozulması faktlarına görə 1579 əməkdaş  cəzalandırılıb,  o cümlədən 146 nəfər daxili işlər orqanlarında xidmətdən xaric edilib. 134 nəfərin tutduğu vəzifədən azad olunduğu, 6 nəfər isə cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar