Vətən müharibəsi zamanı xəstəxanada unudulan çantanın sahibi axtarılır
05.01.2022 322 0.0 0

Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında (RMX) yaralı döyüşçüləri ziyarət edənlərdən birinin burada unutduğu çantanın sahibi hələ də axtarılır.

Məlumata görə, Vətən müharibəsi zamanı hərbi xəstəxanaya çevrilən Biləsuvar RMX-da yaralı döyüçşçüləri ziyarət edənlərdən biri çıxarkən çantasını unudub.

Xəstəxanadan bildirilib ki, çanta yaralı döyüşçülərdən birinin yanına gətirilən övladına aiddir: "Çantanın içində uşaq paltarları var".

Qeyd edək ki, 44 günlük Vətən Müharibəsi zamanı Biləsuvar rayon Mərkəzi Xəstəxanası hərbi xəstəxanaya çevrilib.

Burada yüzlərlə yaralı döyüşçülərə xidmət göstərilib./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar