Vəkil: `Hacı Məmmədovun meyiti yaxın müddətdə ailəsinə təhvil veriləcək`
04.12.2017 888 0.0 0

 Daxili İşlər Nazirliyi (DİN) Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun intiharı ilə bağlı Bakı Şəhər Prokurorluğunda istintaq davam etdirilir.

Qazeta.info bildirir ki, bu barədə "Report"a H.Məmmədovun vəkili olmuş Afət Qazıyeva bildirib.

O qeyd edib ki, H.Məmmədovun meyiti yaxın müddətdə ailəsinə təhvil veriləcək: "Lakin onun nəşinin ailəsinə nə vaxt təhvil veriləcəyi ilə bağlı hələlik bizə heç nə deməyiblər. Yaxın saatlarda bizə bu barədə məlumat veriləcək".

Xatırladaq ki, H.Məmmədov keçmiş Milli Təhlükəsizlik Nazirliyinin 10 mart 2005-ci il tarixdə keçirdiyi “Qara kəmər” əməliyyatı ilə həbs edilib. 19 yanvar 2007-ci ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin qərarına əsasən ömürlük həbs cəzası alıb. O, ötən gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Müalicə Müəssisəsində intihar edib. Faktla bağlı Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (Özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar