Üzeyir Mehdizadə `Maşın` şousunu qəflətən tərk edib
01.06.2017 1070 0.0 0

“Maşın” realiti-şousunun üçüncü günü bəzi sirlər ortaya çıxdı. APA TV-nin məlumatına görə, ilk gündən “qruplaşma yoxdur”, "hərə öz oyununu oynayır” fikirləri alt-üst olub. Aktrisa Oksana Rəsulovanın sosial şəbəkədə paylaşdığı status hansı iştirakçının səsverməyə çıxarılacağını öncədən təxmin etməyə imkan verdi. Bu iştirakçı aktyor İslam Mehrəliyev idi.
 
Pozitivliyi ilə fərqlənən aktyor səsvermə müddətində hədəfinin aparıcı Azər İsmayılov olduğunu bildirib.
 
Səslər hesablanmağa başlayanda isə şounun gedişatı dəyişib. Müğənni Üzeyir Mehdizadə qəfil əlini maşından çəkib və şounu tərk edib. Səbəb isə...
 
Səsvermənin nəticələrinə görə, İslam Mehrəliyev 64,14 faiz səs toplayaraq şouda iştirakını davam etdirir. “Qarşıdurma”nın bitməsinə az qalmış daha bir maraqlı hadisə baş verib. İslam kifayət qədər səs toplasa da, hədəfi olan Azəri oyundan kənarlaşdırmaqdan vaz keçib.
 
Nə deyək? Bəlkə bu da düşünülmüş taktikadır? Hər halda, tamaşaçıları günü-gündən daha maraqlı şou gözlədiyi şübhəsizdir.
 
“Maşın” şou hər axşam saat 22:00-da ATV-də yayımlanır.
 
Xatırladaq ki, şounun informasiya dəstəyi 
APA TV, APA və vesti.az-a məxsusdur.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar