Uorlik: Vyana və Sankt-Peterburq görüşlərində münaqişənin həlli üçün yaxşı imkan yaranıb
22.10.2016 584 0.0 0

“Mən və həmkarlarım səbirsizliklə Azərbaycan prezidenti ilə görüşü gözləyirik”.

 

Məlumata görə, bu sözləri Bakıda mətbuat konfransı keçirən ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.

 

“Biz əhəmiyyətli və vacib işimizi davam etdirməyə hazırıq. Vyana və Sankt-Peterburq görüşlərində Dağlıq Qarabağ münaqişəsinin davamlı həlli üçün yaxşı imkan yaranıb. Bakıda və İrəvanda bu istiqamətdə danışıqları davam etdirəcəyik”, - deyə C. Uorlik söyləyib. O bildirib ki, ABŞ, Rusiya və Fransa münaqişənin həllinin tapılması istiqamətində sıx fəaliyyət göstərir: “Biz bu yaxınlarda Moskvada xarici işlər naziri Sergey Lavrovla görüşdük. Hər üç həmsədrin bölüşdüyü bir məqsəd var: biz münaqişənin sülh yolu ilə həllini tapmaq istəyirik”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar