Ukraynalı alim Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub
27.03.2017 687 0.0 0

Ukraynalı alim və ictimai xadim Tatyana Krupa Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.
 
Ermənistan-Azərbaycan Sülh Platformasından APA-ya verilən məlumata görə, bəyanatda deyilir:
 
“Gələcək nəsillərə miras qoya biləcəyimiz ən mühüm şey sülhdür. Buna görə də 25 ildən çox davam edən Ermənistan-Azərbaycan  Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli çox vacibdir. Həmçinin Azərbaycan və Ermənistan Respublikalarının ərazi bütövlüyü və suverenliyinə və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi bildirmək istəyirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrası vacib olduğunu vurğulamaq istəyirəm. ATƏT-in Minsk qrupunun münaqişənin həlli istiqamətində göstərdiyi səylərin əhəmiyyətini qeyd etmək istəyirəm. Erməni və Azərbaycan xalqlarının münaqişədən qabaq münasibəti əsrlərlə formalaşan mehriban qonşuluq prinsipləri üzərində qurulmuşdur. Lakin münaqişənin həll olunmaması nəticəsində hər iki xalqın bir birinə münasibətinin yalnız müharibə kontekstində formalaşmasını böyük təəssüf hissi ilə qeyd etmək istəyirəm. Xalq Diplomatiyasının münaqişənin həlli üçün əhəmiyyətli bir addım olduğuna inanıram. Bu səbəbdən bu təşəbbüsə dəstəyimi ifadə edərək,  məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli və  Cənubi Qafqazda sülhün bərpası və onu qorunması olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar