Ukraynada yaşamaq izni alan Azərbaycan vətəndaşlarının sayı aşıqlanıb
22.12.2021 351 0.0 0

Bu ildə Ukraynada müvəqqəti və daimi yaşamaq izni alan Azərbaycan vətəndaşlarının sayı məlum olub.

Ukrayna Dövlət Miqrasiya Xidmətindən "Report"un Şərqi Avropa bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu il ərzində ümumilikdə 4 864 Azərbaycan vətəndaşına yaşamaq izni verilib.

Bunlardan 3 530 nəfəri müvəqqəti yaşamaq, 1 334 nəfəri isə daimi yaşamaq izni alanlardır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar