Ukraynada qafqazlıların «razborka»sı: azərbaycanlı öldürüldü-VİDEO
22.02.2016 930 0.0 0

 

Ukaynanın Zaporojye vilayətinin Melitopol şəhərində azərbaycanlı qətlə yetirilib. APA TV-nin Vesti.az-a istinadən xəbərinə görə, həmyerlimizlə hazırda saxlanılan şəxslər arasında narazılıq olub və o, mübahisə zamanı öldürülüb.

Polis həmin şəxslərin də Qafqaz millətlərindən olduğunu dəqiqləşdirib. Qətli törədənlərin Ukraynada qanunsuz yaşadıqları bildirilir.

 

Dava zamanı qarşı tərəfdən də iki nəfər yaralanıb. Adı çəkilməyən şəxsin 1969-cu ildə anadan olduğu bildirilir. O, hazırda xəstəxanadadır.

Öldürülən azərbaycanlının üzərindən RQD-5 qumbarası tapılıb.

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar