Tarix: 11.12.2016,   Saat: 10:03, Bazar.          

Ukraynada azərbaycanlı tələbənin qətlinin bəzi təfərrüatları məlum olub - YENİLƏNİB

Azərbaycanlı tələbə Məhəmməd Səfərəliyevin Krımın Simferopol şəhərində öldürülməsi ilə bağlı yeni məlumatlar üzə çıxıb.

 

M. Səfərəliyevin qardaşı Ramin Səfərəliyev APA-ya bildirib ki, hadisə sentyabrın 26-ı axşam Simferopolda baş verib.

 

Simferopoldakı ali məktəblərdən birinin yuxarı kurs tələbəsi olan M. Səfərəliyevin iranlılar tərəfindən öldürüldüyü bildirilir. M. Səfərəliyevə arxadan çoxlu bıçaq zərbəsi vurulub, o, aldığı zərbələrdən dünyasını dəyişib.

 

Qətlin səbəbi hələlik məlum deyil.

 

M. Səfərəliyevin meyitinin sabah Azərbaycana gətirilməsi nəzərdə tutulur.

 

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən münasibət öyrənmək mümkün olmayıb.

 

 

***

Ukraynada azərbaycanlı tələbə qətlə yetirilib.

 

Məlumata görə, hadisə sentyabrın 27-də Kiyev şəhərində qeydə alınıb. Zaqatala rayon sakini, 22 yaşlı Məhəmməd Amil oğlu Səfərəliyev naməlum şəxslər tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

 

Mərhumun meyiti bu günlərdə Azərbaycana gətiriləcək.

 

Qeyd edək ki, M. Səfərəliyev Ukraynada ali təhsil alırmış./apa/



  Bölmə: Gündəm | Baxış sayı: 459 | Tarix: 28.09.2016, 10:19


Xəbərlər