Ukrayna Müdafiə Nazirliyi cəbhədəki son durumu açıqlayıb
30.03.2022 126 0.0 0

“Ukrayna xalqı Rusiyanın hərbi müdaxiləsinə 35 gündür müqavimət göstərir”.

Məlumata görə, bu barədə Ukrayna Müdafiə Nazirliyinin feysbuk səhifəsində yayılan əməliyyat məlumatında bildirilib.

“Rusiya Silahlı Qüvvələri Cənubi Gürcüstanın Cənubi Osetiyada yerləşdirdiyi 4-cü və Abxaziyada yerləşdirdiyi 7-ci hərbi bazasını Ukraynaya köçürüb.

4-cü bazadan Ukraynaya 3 zirehli texnika, bir osetin və 1 200 rusiyalı əsgər, 7-ci bazadan isə 2 zirehli texnika, 800-ə yaxın əsgər göndərilib.

Zaporojya və Xerson vilayələtində düşmən yerli sakinlərə qarşı qanunazidd əməllərini davam etdirir.

Müvəqqəti işğal altında olan ərazilərdə ukraynayönlü sakinlər, Ukraynanın dövlət məmurları qarət olunur, saxlanılır. Bu il aprelin 1-dən işğal altında olan Luqansk vilayətində növbəti hərbi səfərbərlik başlayacaq.

Rusiya Silahlı Qüvvələrində şəxsi heyətin toplanması ilə bağlı problem qalmaqdadır. Rusiyanın 47-ci tank divizyasının, 26-cı tank alayının hərbçiləri Ukrayna ilə müharibədə iştirak etdikdən sonra müqaviləyə xitam verərək, sonrakı xidməti daimi yerləşdikləri hərbi hissəyə göndərilmələri tələbi ilə ərizələr verməyə başlayıblar.

Ukrayna Silahlı Qüvvələri Rusiyanın 7 tankı, 7 zirehli texnikası, 2 avtomobili və tankəleyhinə silahı məhv edilib. Rəqib çoxlu sayda canlı qüvvə itirib”, - məlumatda bildirilib./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar