Ukrayna MN Rusiya Ordusunun itkilərini açıqladı
15.04.2022 882 0.0 0

Ukrayna Rusiyanın hərbi itkilərini açıqlayıb.

Bildirək ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin “Facebook” səhifəsində bildirilib.

Qeyd edilib ki, fevralın 24-dən bu gün səhər saatlarına qədər Rusiya Ordusunun 756 tankı, 1976 zirehli döyüş maşını, 366 artilleriya sistemi, 122 reaktiv yaylım atəş sistemi, 66 havadan müdafiə sistemi, 163 hərbi təyyarəsi, 144 helikopteri, 1443 avtomobil texnikası, 8 gəmi/kateri, 76 yanacaq çəni, 135 dronu, 4 OTRK/TRK/ mobil SRBM sistemi, 25 xüsusi avadanlığı məhv edilib.

Ukrayna Müdafiə Nazirliyi Rusiya tərəfinin təxminən 20 min canlı qüvvəsini itirdiyini bəyan edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar