Ukrayna millisi Almaniya klubu ilə yoldaşlıq oyunu keçirəcək
29.04.2022 719 0.0 0

Futbol üzrə Ukrayna milli komandasının yoldaşlıq görüşlərindəki ilk rəqibi bəlli olub.

Məlumata görə, Aleksandr Petrakovun baş məşqçi olduğu komanda dünya çempionatının pley-off mərhələsinə hazırlıq məqsədilə Almaniyada "Borussiya" (Dortmund) komandası ilə üz-üzə gələcək.

Qarşılaşma mayın 11-də oynanılacaq.

Qeyd edək ki, Ukrayna millisi mayın 31-i və ya iyunun 1-də pley-off mərhələsinin yarımfinalında Şotlandiya ilə üz-üzə gələcək. Komanda qələbə qazanacağı təqdirdə, iyunun 5-də Uelslə görüşəcək. DÇ-2022-nin final mərhələsi noyabrın 21-dən dekabrın 18-dək təşkil olunacaq./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar