Ukrayna Baş prokuroru: `Poroşenko Andrey Boqdanı sevmirdi və onu izləyirdi`
06.11.2019 439 0.0 0

Ukrayna Baş prokuroru Ruslan Ryaboşapka bildirib ki, keçmiş prezident Petro Poroşenko hazırda Ukrayna prezident administrasiyasının rəhbəri vəzifəsini icra edən Andrey Boqdanı izləyirmiş.

Qazeta.info “Report” un məlumatına əsasən bildirir ki, bu barədə “Sol sahil” nəşri məlumat yayıb.

Onun sözlərinə görə, Poroşenko həqiqətən Boqdanı sevmirdi: 

“Hətta müəyyən bir müddət onu izləyib. Bu, Boqdanın vəkil olaraq “UKROP” siyasi partiyasının keçmiş rəhbəri Gennadiy Korbanı və oliqarx İqor Kolomoyskini müdafiə edən zaman olub”.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar