Ucuz qiymətə dövlət balansında olan avtomobil və müəssisələrin satışı haqda- Açıqlama
08.03.2015 931 0.0 0

Qazeta.info saytında 07 mart tarixində "Azərbaycanda dövlət balansında olan avtomobil və müəsisələr su qiymətinə satışa çıxarıldı"  başlıqı altında yayımlanan yazıdan sonra oxuyucular tərəfindən həm feysbuk və həmdə saytımızın elektron ünvanına yazıda söz mövzusu olan əmlakların hərracının hansı ünvanda və necə  həyata keçirilməsi haqda suallar ünvanlanmaqdadır.

İlk öncə bildirək ,  Azərbaycan Respublikası Əmlak Məsələləri  Dövlət Komitəsi yanında  Hərracların Təşkili üzrə Auksion Mərkəzində uzun illərdir ki, bu proses həyata keçirilir.

Əmlak Məsələləri  Dövlət Komitəsinin saytına istinadla bildirir ki, ötən sayımızda qeyd olunan  avtomobil və müəssisələrin həraca çıxarılması Hərraclar Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır: 

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd. 

Xatırladaq ki, Əmlak Məsələləri  Dövlət Komitəsi tərəfindən müəyyən olunmuş  10% məbləğində beh Mərkəzi Bankda – müvafiq nömrəli hesaba köçürülməlidir.

Vətəndaşların müraciətlərindən dolayı bildiririk ki, hərraclarda iştirak etmək istəyənlər lazımı və dəqiq məlumat almaq  üçün yuxarıda göstərilən ünvana müraciət etməlidirlər.Əlavə olaraq bildirək ki, ətraflı məlumatı siz Əmlak Məsələləri  Dövlət Komitəsinin saytından da əldə edə bilərsiniz. 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar