Üç ölkənin XİN rəhbərləri İranı müzakirə edəcək
30.08.2019 462 0.0 0

Böyük Britaniyanın Xarici İşlər naziri Dominik Raab Almaniyanın xarici işlər naziri Heiko Maas, Fransa Respublikasının Xarici İşlər naziri Jan-Iv Lö və Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini ilə İranı müzakirə etmək niyyətindədir.

Qazeta.info “Report” un məlumatına əsasən bildirir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin saytında məlumat yerləşdirilib.

“Müzakirələrimiz G7-nin İranla bağlı müsbət danışıqlarının dinamikasına əsaslanacaq, çünki gərginliyi azaltmağa çalışırıq” deyə, Raab bildirib.

O qeyd edib ki, nüvə sazişi İranın nüvə silahı əldə etməsinə imkan verməyən yeganə razılaşmadır.

“İranın razılaşmanı tam şəkildə yerinə yetirməsini təmin etmək üçün birlikdə çalışmağa davam edəcəyik”. - İngiltərə XİN rəhbəri əlavə edib


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar