Tutuquşunun şahidlik etdiyi cinayətin üstü açıldı
20.07.2017 936 0.0 0

Amerika Birləşmiş Ştatlarının Miçiqan əyalətində bəslədiyi tutuquşunun gözü qarşısında həyat yoldaşını öldürən Glenna Duramın məhkəmə prosesi başa çatıb.

Məlumata görə, qadın həyat yoldaşını odlu silah vasitəsilə öldürüb.

Məhkəmə qadının birinci dərəcəli cinayətkar kimi həbsinə qərar verib.

Glenna həyat yoldaşı Martini 5 güllə ilə öldürdükdən sonra intihar etməyə cəhd edib, lakin sağ qalıb.

Hadisəyə şahidlik edən Bud adlı tutuquşunun “atəş açma” sözləri isə hakimin istəyinə rəğmən, dəlil kimi arxivə verilməyib.

Tutuquşuya baxmağı öz üzərinə götürən Martinin əvvəlki həyat yoldaşı Kristina tutuquşunun şahid kimi qəbul edilməsini istəyib. O, tutuquşunun orada olduğuna və Martinin dediyi bütün sözləri xatırladığına inandığını deyib.

Məhkəmənin hakimi də tutuquşunun şahid kimi dindirilməsini istəyib. Lakin məhkəmə heyəti tərəfindən bu tələb rədd edilib.

Buna baxmayaraq, cinayətin Glenna Duram tərəfindən törədildiyi sübuta yetirilib./Publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar