Tütün məmulatları ilə bağlı yeni qaydalar
29.11.2016 835 0.0 0

Azərbaycanda tütün və tütün məmulatını alanlara hədiyyə qismində digər əmtəənin təklif edilməsi qadağan edilir.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan "Tütün və tütün məmulatı haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə əsasən, tütün məmulatlarının satışında həvəsləndirmə üsulları məhdudlaşdırılır.

Həmçinin, tütün və tütün məmulatının və onun ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağan edilir.

Digər dəyişikliyə əsasən isə tütün və tütün məmulatı istehsalı və ya satışı ilə məşğul olan şəxslər "Reklam haqqında" qanunun 13.4 və 28-ci maddələrinə uyğun olaraq sponsor ola bilməzlər.

Layihə səsverməyə çıxarılaraq qəbul olunub.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar