Türkiyə XİN: Rusiyaya getməyin
28.11.2015 535 0.0 0

Suriya ilə sərhəddə vurulan rus təyyarəsindən sonra gərginləşən Rusiya-Türkiyə münasibətlərinə daha bir zərbə. Məlumata görə, Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) ölkə vətəndaşlarına Rusiyaya səfərlərini təxirə salmaları barədə xəbərdarlıq edib.

Rusiyanın türklərə ölkə girişində yaratdığı çətinliklər, ölkədə çalışan türk pasportlu iş adamlarına qarşı polis yoxlamaları Türkiyəni də hərəkətə keçirib. 

XİN təcili elan yayaraq vətəndaşlara xəbərdarlıq edib. "Vətəndaşlarımızın adıçəkilən ölkəyə təcili və ciddi önəm kəsb etməyən səyahətlərini təxirə salmasında yarar var". 

Rusiyada olan Türkiyə vətəndaşlarına hər hansı problem yaranacağı təqdirdə səfirlik və ya konsulluqlarla əlaqə saxlamaq tövsiyyə edilir. 

 

 


Suriya-Türkiyə sərhədində təyyarənin vurulması

 

Ötən gün Rusiya Türkiyə ilə vizasız rejimi dayandırmaq barədə qərar qəbul edib. Rusiya xarici işlər naziri Serqey Lavrov açıqlama verib. Lavrovun sözlərinə görə, Türkiyə ilə vizasız rejim 2016-cı il yanvarın 1-dən dayandırılır.
“Rusiya rəhbərliyi hazırda iki ölkə arasında qüvvədə olan vizasız rejimi dayandırmağa qərar verib”, - deyə xarici işlər naziri bildirib.

Noyabrın 24-də Türkiyə qırıcıları Suriya ilə sərhəddə Rusiyaya məxsus həbi təyyarəni vurublar. Məlumata görə, Su-24 təyyarəsi Türkiyə ilə sərhəddi pozduğu üçün vurulub. Rusiya isə bu iddiaları təkzib edir. 
Vurulan "Su-24" də iki pilot olub. Onlar yanan təyyarədən çıxa bilsələr də, biri türkmənlər tərəfindən vurularaq havada öldürülüb. İkinci pilot isə Suriyadakı rus hərbi bazasına təhvil verilib. 

Təyyarə ilə bağlı insidentdən sonra hər iki tərəfin dövlət başçıları sərt bəyanatlar səsləndiriblər. Rusiya lideri Vladimir Putin bunu Rusiyaya vurulan arxdan zərbə adlandırıb.
Rusiya vətəndaşları bu ölkəyə səfər etməkdən çəkinməyə çağrılıb. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar